Mövlud Çavuşoğlu Estoniyaya səfər edib - YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Estoniyaya səfər edib.
Bu barədə nazir"Twitter" hesabında paylaşım edib.
"Budapeştdəki görüşlərimizdən sonra biz NATO müttəfiqimiz Estoniyanın paytaxtı Tallin şəhərindəyik", - deyə paylaşımda qeyd olunub.
***
Saat 17:28
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Estoniyaya səfər edəcək.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd edilib ki, fevralın 1-də baş tutacaq səfər Estoniya XİN rəhbəri Urmus Reinsalunun dəvətilə gerçəkləşdiriləcək.
Görüşlərdə iki dövlət arasında münasibətlər, Türkiyə - Avropa İttifaqı əlaqələri və beynəlxalq məsələlər müzakirə ediləcək.
Cebhe.info