Müharibə qızışacaq: Ukraynaya yeni silahlar göndərilir

Bir sıra Qərb ölkələri Ukraynaya yeni hərbi yardım paketləri göndərəcək.
Cebhe.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna üzrə təmas qrupunun növbəti iclasından sonra bildirib.
“Dostlarımızdan yeni müdafiə paketləri alınacaq. Bunlar Kanada, Almaniya, Fransa, Danimarka, Estoniyadır. Yardım paketləri silah-sursat, tanklara və artilleriyadan ibarətdir”, - deyə Ukrayna lideri vurğulayıb.
Xatırladaq ki, bu həftənin əvvəlində bir sıra Qərb ölkələri Ukraynaya yeni hərbi yardım paketlərini açıqlayıb.
Xəzər
Cebhe.info