Mühərrəm İncədən seçki açıqlaması: "İkinci turda..."

Mühərrəm İncədən seçki açıqlaması: "İkinci turda..."

Türkiyənin Məmləkət Partiyasının sədri Mühərrəm İncənin prezidentliyə namizədliyi rəsmən irəli sürülüb.

Cebhe.info xəbər verir ki, o, namizədlik ərizəsini Ali Seçki Komissiyasına (YSK) təqdim edib. Mühərrəm İncə jurnalistlərin suallarını da cavablandırıb. O, prezident seçiləcəyinə olan inamını ifadə edib: "Biz bu kampaniyanı 30 faizdən çox səslə tamamlayacağıq. Seçkilər ikinci tura qalacaq. İkinci turda da 60 faizdən çox səs toplayaraq Prezident seçiləcəyəm. Bunu da hər kəs görəcək". Mühərrəm İncə həmçinin, Prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyinə rəsmi şəkildə etiraz edəcəklərini də açıqlayıb:

"Ərdoğan üçüncü dəfə namizəd ola bilməz. Bu, Konstitusiyaya ziddir. Bununla bağlı Ali Seçki Komissiyasına (YSK) etiraz edəcəyik".

Elmir Mustafa
Cebhe.info