NATO müdafiə nazirləri Ukrayna üçün görüşəcək

NATO müdafiə nazirləri Ukrayna üçün görüşəcək

NATO ölkələrinin müdafiə nazirləri fevralın 14-15-də Brüsseldə Ukrayna ilə bağlı görüş keçirəcək.

Xarici KİV xəbər verir ki, NATO-nun mənzil-qərargahında keçiriləcək iclasa NATO-nun Baş katibi Yens Stoltenberq sədrlik edəcək.

Ukrayna Müdafiə Əlaqə Qrupu da fevralın 14-də ayrıca iclas keçirəcək. İclas ABŞ-ın müdafiə naziri Lloyd Ostinin ev sahibliyində baş tutacaq.

Cebhe.info