Nazir yüz milyardlarla avro xərcləməyə çağırıb

Litvanın müdafiə naziri Dovil Şakalien Avropa ölkələrini müdafiə sahəsinə təcili olaraq yüz milyardlarla avro sərf etməyə çağırıb.
"Biz müdafiəyə sürətlə və çox vəsait xərcləməliyik. Hamımız, o cümlədən Almaniya bu məsələdə sürətli addımlar atmalıyıq".
"Cebheinfo.az" xəbər verir ki, bunu nazir "Bloomberg" – ə müsahibəsində bildirib.
D. Şakalien ABŞ-nin Avropanın müdafiəsinə yanaşmasındakı dəyişikliklərin regionun təhlükəsizliyinə ciddi təsir edəcəyindən narahatdır. O, Avropa ölkələrinin, xüsusilə də Almaniyanın müdafiə sahəsində operativ qərarlar qəbul etməli olduğunu vurğulayıb.
Səbinə Uğur
"Cebheinfo.az"