Pezeşkiandan mübahisəli qərar: “Qoy hamı yesin”

Pezeşkiandan mübahisəli qərar: “Qoy hamı yesin”

“Dövlət elektrik, qaz və yanacaq üçün 150 milyard dollar subsidiya ayırır və bu məbləği xalqın özünə vermək istəyirik”.

 

Yenisabah.az ISNA-ya istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.

O, Əlborz vilayətinin bir qrup inzibatçısı ilə görüşündə bildirib:

“Dövlət elektrik, qaz və yanacaq üçün 150 milyard dollar subsidiya ayırır və bu məbləği xalqın özünə vermək istəyirik. Vəsaiti bir neçə nəfərin götürməyi əvəzinə birbaşa xalqa vermək istəyirik. Əgər onu yeyəcəklərsə, qoy hamı yesin".

Pezeşkian subsidiyaların az adama çatdığını iddia edib:

"Kimsə öz payından çox istifadə edirsə, bunun əvəzini ödəməlidir". 

"Cebheinfo.az"