Putin və Pezeşkian 47 maddəlik sənədi imzalaycaqlar

Putin və Pezeşkian 47 maddəlik sənədi imzalaycaqlar

“İranla Rusiya arasında hərtərəfli strateji əməkdaşlıq haqqında 47 bənddən ibarət sənəd ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edir”.

Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.

Onun sözlərinə görə, razılaşmanın imzalanması ilə ölkələrarası münasibətlərin səviyyəsi əhəmiyyətli dərəcədə yüksələcək.

İran prezidenti Məsud Pezeşkianın yanvarın 17-də Rusiyaya reallaşacaq səfəri zamanı ölkələr arasında 2001-ci ildən qüvvədə olan müqaviləni əvəz edəcək hərtərəfli strateji əməkdaşlıq sazişi imzalanacaq.

“Cebheinfo.az”