Putinin gözləniməz səfəri: Kremlin sahibi kimə mesaj göndərdi?

Putinin gözləniməz səfəri: Kremlin sahibi kimə mesaj göndərdi?

Rusiya Prezidenti Vladimir Putin gözlənilmədən işğal olunmuş Mariupola işgüzar səfər edib.

Cebhe.info xəbər verir ki, bu barədə TASS Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

Dövlət başçısı helikopterlə Mariupola uçub. O, helikopteri zöü idarə edib, şəhərin bir neçə rayonunda sahil xəttini, yaxta klubunun ərazisini, teatr binasını, xatirə yerlərini gəzib.

Səfər zamanı Baş nazirin müavini Marat Xusnullin ona şəhərdə və onun ətrafında aparılan tikinti-bərpa işlərinin gedişi barədə ətraflı məlumat verib.

Bundan əlavə, Putin Nevski mikrorayonunda şəhər sakinləri ilə danışıb. Ailələrdən birinin dəvəti ilə Prezident onların evinə gedib. Bu, Rusiya liderinin işğal altındakı Donbasa ilk səfəri idi.

Xəzər
Cebhe.info