Qərb qoşunlarını niyə Ukraynaya göndərmək istəyir?

Qərb qoşunlarını niyə Ukraynaya göndərmək istəyir?

Kiyev ərazilərini itirdiyindən və Silahlı Qüvvələr  buna müqavimət göstərə bilmədiyindən  NATO dövlətləri öz qoşunlarını Ukraynaya göndərməyi müzakirə edirlər.

“Cebhe.info” xəbər verir ki, Qərb qoşunlarının Ukraynaya mümkün göndərilməsinin səbəbi Amerikanın “Military Watch Magazine” (MWM) nəşrində göstərilib.

“Fransa Prezidenti Emmanuel Makronun bəyanatı Ukraynanın ciddi uğursuzluqlarından və ölkənin döyüş qabiliyyətinin sürətlə azalması səbəbindən ərazi itkilərinin davam etməsindən sonra verilib”, - nəşr yazır.

Nəşr qeyd edir ki, Ukrayna hərbçiləri hazırda kəskin resurs çatışmazlığı yaşayır:

“Döyüş meydanındakı vəziyyət, getdikcə qaçılmaz görünən Rusiyanın qələbəsinin qarşısını almaq üçün quru qoşunlarının yerləşdirilməsi də daxil olmaqla, Qərbdə daha çox birbaşa müdaxiləyə çağırışların aktuallığını artırdı”.

Məlumat üçün bildirək ki, fevralın sonunda Parisdə keçirdiyi mətbuat konfransında Aİ qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünü şərh edən Makron bu ssenarini istisna etməyib.

Xəzər
“Cebhe.info”