Rubio-Kallas görüşü təxirə salınıb


ABŞ Dövlət katibi Marko Rubionun Vaşinqtonda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla keçirilməsi nəzərdə tutulan görüşü təxirə salınıb.

“Report” xəbər verir ki, məlumatı “eurointegration.com.ua” yayıb.

Məlumata görə, Kallas artıq Vaşinqtondadır. O, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatın nümayəndələri ilə görüşüb.

Kaya Kallasın Marko Rubio ilə görüşü Dövlət katibinin iş qrafiki ilə bağlı baş tutmayıb.

Qeyd edək ki, onların Ukrayna ilə bağlı gələcək danışıqlarda Aİ-nin rolunu müzakirə edəcəkləri gözlənilirdi.

"Cebheinfo.az"