Rusiya kamikadzeni havaya qaldırdı

Rusiya kamikadzeni havaya qaldırdı

Rusiya ordusunun “Şimal” qrupunun bölmələri Ukraynanın Xarkov vilayətində BTR-4 zirehli transportyorunu məhv etmək üçün kamikadze pilotsuz uçan aparatdan istifadə ediblər. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Şimal” qoşun qrupunun kəşfiyyat bölməsi hava-kəşfiyyat texnikasından istifadə edərək, Ukrayna Silahlı Qüvvələrinə məxsus BTR-4 zirehli transportyorunun Xarkov vilayətində meşə zolağı boyunca hərəkətini aşkarlayıb. FPV pilotsuz uçuş aparatının birbaşa zərbəsi nəticəsində BTR-4 məhv edilib”, -  deyə məlumatda deyilir.

Həsən Məmmədov
“Cebheinfo.az