Rusiya Kiyevi ballistik raketlərlə vurub

Rusiya Silahlı Qüvvələri Ukraynadakı hədəflərə kütləvi hücuma keçib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ukrayna teleqram kanalları məlumat yayıb.
Hücumda ballistik raketlər və Geranium-2 kamikadze dronları iştirak edib. Partlayışlar Kiyev, Dnepropetrovsk, Xarkov, Nikolayev və Odessa vilayətlərində eşidilib.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
"Cebheinfo.az"