Rusiya Ukraynaya yenidən ağır hava zərbələri endirib

Rusiya Ukraynaya yenidən ağır hava zərbələri endirib

Rusiya Ukraynaya bir gündə 50 hava zərbəsi endirib. Rusiya ordusunun son sutkada 50 hava və 11 raket hücumu həyata keçirdiyi bildirilir.

Cebhe.info xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahından məlumat verilib.

Məlumatda çoxlüləli raket sistemləri vasitəsilə hücum olunduğu qeyd edilib:

“Rusiya çoxlüləli raket sistemləri ilə əsgərlərimizin mövqelərinə və yaşayış məntəqələrinin mülki infrastrukturuna 75 hücum həyata keçirib, dinc sakinlər həyatını itirib”.

Açıqlamada Rusiya qüvvələrinin Liman, Baxmut, Avdiyivka, Marinka və Şahtersk istiqamətlərində hücumlarını intensivləşdirdiyi bildirilib. Rusiyanın Kupyansk və Liman istiqamətindəki hücumlarının nəticəsiz qaldığı iddia edilib.

Rus ordusunun Avdiyivka, Marinka və Şahtersk istiqamətindəki yaşayış məntəqələrinə hücumlarının da nəticəsiz qaldığı qeyd edilib.

Ukrayna Hərbi Hava Qüvvələrinin rus əsgərlərinin cəmləşdiyi bölgələrə son sutkada 17 dəfə zərbə endirdiyi bildirilən açıqlamada, “Əsgərlərimiz düşmənin "Mi-24" helikopterini və 6 pilotsuz uçuş aparatını vurub ifadələri yer alıb.

Qeyd olunub ki, Ukraynanın raket və artilleriya bölmələri Rusiyanın 2 komanda məntəqəsini, 2 zenit-raket kompleksini, 1 sursat birləşməsini və 2 elektron döyüş məntəqəsini məhv edib.

Günay Şahmar
Cebhe.info