Səudiyyə Ərəbistanının vəliəhdi Tehrana gedir

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman İrana səfər etməyi planlaşdırır.
“Cebhe.info” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri açıqlama verib.
O, Səudiyyə Ərəbistanının vəliəhdinin tezliklə Tehrana səfər etmək niyyətində olduğunu deyib. Baqeri onu da bildirib ki, Məhəmməd bin Salmanın İrana səfərinin vaxtı hələlik müəyyən edilməyib, lakin bununla bağlı danışıqlar aparılır.
Elmir
“Cebhe.info”