Siyasətdən gedən Meral Akşenerin son halı - FOTO

İYİ Partiyanın sabiq sədri Meral Akşener uzun zaman sonra görüntülənib.
"Cebheinfo.az" xəbər verir ki, o, iftar yeməyinə qatılıb.
Akşener siyasətdən getdiyini açıqladıqdan sonra baş verən proseslərə reaksiya verməməsi ilə diqqət çəkir. Onun son halını isə iftar yeməyində iştirak edənlərdən biri-İYİ Partiyanın millət vəkili Burak Akburak paylaşıb.
O, paylaşımında bu sözləri yazıb:
"Qurucu liderimiz hörmətli Meral Akşener ilə birlikdə dəyərli dostum Əhməd Arslanın iftar dəvətinə qatıldıq. Ölkəsini çox sevən insanlarla bərabər olmaqdan çox məmnun oldum. Var olsunlar".
Elmir Mustafa
"Cebheinfo.az"