Tıxac  da pullu olacaq

Tıxac  da pullu olacaq

Yollarda tıxacın qarşısını almaq üçün Nyu-Yorkda yeni qayda tətbiq edilir. 

"Cebheinfo.az" xəbər verir ki, Nyu- Yorkda tıxac qiymətləri 5 yanvar 2025-ci ildə başlayır. 

Bu proqram Manhettenin mərkəzi biznes bölgəsinə, yəni 60-cı küçədən aşağı olan ərazilərə daxil olmaq üçün nəqliyyat vasitələrindən 9 dollar rüsum almağı hədəfləyir.

Proqramın məqsədi nəqliyyat sıxlığını azaltmaq və ictimai nəqliyyatı təşviq etməkdir.

Nigar
"Cebheinfo.az"