Tramp "dayan", Lavrov "davam" dedi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ Prezidenti Donald Trampın Vladimir Putinə çağırışına münasibət bildirib.
Bu barədə o, Amerikanın CBS teleşirkətinə müsahibəsində danışıb.
Aprelin 24-nə keçən gecə Rusiya ordusu dron və raketlərdən istifadə etməklə Ukrayna paytaxtına hücum edib, 12 dinc sakin həlak olub, 90-dan çoxu yaralanıb. Tramp hücumdan sonra özünün "Truth" sosial səhifəsində yazıb:
"Buna ehtiyac yoxdur. Vladimir, dayan. Rusiyanın Kiyevə endirdiyi zərbələrdən narazıyam. Hər həftə 5000 əsgər ölür. Gəlin sülh sazişi imzalayaq".
CBS jurnalisti Lavrovdan Moskvanın Trampın çağırışlarına əməl etməyə hazır olub-olmadığını soruşub.
“Biz Ukrayna ordusunun istifadə etdiyi obyektlərə, başqa ölkələrdən olan bəzi muzdlulara və təlimatçılara zərbələr endirməyə davam edəcəyik”, - Lavrov bildirib.
Kiyevə zərbənin səhv olub-olmaması ilə bağlı birbaşa suala cavab olaraq Lavrov deyib:
“Bu, Ukrayna hərbçilərinin, Müdafiə Nazirliyinin istifadə etdiyi hədəf idi, döyüş meydanındakı komandirlərin onlara hücum etmək hüququ var”.
"Cebheinfo.az"