Trampın “Rusiya sevgisi” Kremli şoka salıb: Tələ, yoxsa?

Trampın “Rusiya sevgisi” Kremli şoka salıb: Tələ, yoxsa?

“Bloomberg”in yazdığına görə, Donald Trampın Ağ Evə gəlişindən sonra ABŞ-nin Ukrayna ilə bağlı siyasətində köklü dönüş etməsi Kreml üçün sürpriz olub. 

“Cebheinfo.az” xəbər verir ki, Rusiya rəhbərliyi indiyədək Kremlin ağlına belə gətirmədiyi güzəştlərə getməyə hazır olduğunu nümayiş etdirən Amerika administrasiyasının mümkün “tələsi”ndən və ya gözlənilməz dönüşlərindən ehtiyat edir. “Rusiya rəsmiləri Trampın danışıqlar taktikasını tam başa düşmürlər”,- deyən “Bloomberg” mənbələri bildirirlər ki, onun Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid etməsi gözləntiləri üstələyib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”