Türkiyə Livandan vətəndaşlarının təxliyəsinə başlayır

Türkiyə Livandan vətəndaşlarının təxliyəsinə başlayır

Türkiyə sabah Livanı tərk etmək üçün müraciət edən vətəndaşlarının təxliyə edilməsinə başlayacaq.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb. 

Təxliyə dəniz yolu ilə həyata keçiriləcək. 

Bununla əlaqədar Türkiyənin Dəniz Qüvvələrinə məxsus iki gəmi bu gün Livanın paytaxtı Beyruta yola düşəcək.

Gəmilərin ümumi tutumunun iki min nəfər olduğu qeyd olunub.

"Cebheinfo.az"