Türkiyədə yenə zəlzələ oldu

Türkiyənin Adıyaman vilayətində yenidən zəlzələ olub.
Cebhe.info xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Sincik rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.6 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
Cebhe.info