Zəlzələ təhlükəsi: Turistlər bu ölkəni tərk edir

Zəlzələ təhlükəsi: Turistlər bu ölkəni tərk edir

Bu gün Taylandda baş verən ardıcıl iki zəlzələdən sonra turistlər bu ölkəni tərk etməyə başlayıb.

“Cebheinfo.az” xəbər verir ki, bir sıra ölkələr artıq öz vətəndaşlarına Taylanda getməmək üçün çağırış ediblər.

Bu çağırışdan sonra Taylandı kütləvi şəkildə tərk etməyə çalışan turistlər səbəbindən yollarda böyük tıxaclar yaranıb.

Bununla bağlı ilk qərar isə Rusiya tərəfindən verilib. Bildirilir ki, hazırda Taylandda 2 min nəfərə yaxın rusiyalı turist var.

Bu qərardan sonra Taylanda bilet alan turistlər də biletlərini ləğv etməyə başlayıb.

Vilayət Muxtar
“Cebheinfo.az”