Britaniya səfiri autizmli uşaqlarla bir arada - FOTOLAR

Britaniya səfiri autizmli uşaqlarla bir arada - FOTOLAR

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld autizm sindromundan əziyyət çəkən uşaqlarla görüşüb.

Cebhe.info xəbər verir ki, diplomat bu barədə tviter səhifəsində paylaşım edib.

"Bu gün Autizm Mərkəzini ziyarət etmək imkanım oldu. Burada autizmli uşaqların sosial inklüzivliyinin təmin edilməsi üçün gözəl şərait yaradılıb. "BP Azerbaijan" və digər şirkətlər tərəfindən autizmli uşaqlar planşetlər, eləcə də müxtəlif avadanlıqlar ilə təmin ediliblər", - deyə səfir yazıb.

Cebhe.info