"Hazırda 1500 məscid fəaliyyət göstərir" - Komitə sədri

"Hazırda 1500 məscid fəaliyyət göstərir" - Komitə sədri

Dünya ölkələri arasında rəsmi dini mənsubiyyətini ateist elan edən ölkə yoxdur.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində keçirilən “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” adlı toplantıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

O qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra din məsələni çox qabartmayıb.

"Çünki Azərbaycan çoxmillətli və dünyəvi bir dövlətdir. Azərbaycan müstəqil olanda 17 məscid var idi. Eyni zamanda dini idarə edən kadrlar yox idi. Dini kadrların olmaması əslində din haqqında yanlış məlumatların yaranmasına səbəb olurdu. Əhalinin din bilgilərinin az olmasından istifadə edənlər də vardı. Hazırda 2500 qədər məscid var ki, onlardan 1500-ə qədəri gündəlik fəaliyyət göstərir", - Mübariz Qurbanlı vurğulayıb.

Cebhe.info