Moskva hərbi əməliyyatları dayandırmağa çağırdı

"Dağlıq Qarabağda vəziyyətin kəskin şəkildə gərginləşməsi bizi təşvişə salır".
Cebhe.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
“Bakının dediyi kimi, Azərbaycan silahlı qüvvələrinin regionda antiterror tədbirləri və yerli erməni silahlı birləşmələrinin cavab tədbirləri ilə bağlı əməliyyata başlaması barədə məlumatlar var. Rusiya tərəfi münaqişə tərəflərini qan tökülməsini dayandırmağa, hərbi əməliyyatları dərhal dayandırmağa, siyasi və diplomatik həll yoluna qayıtmağa çağırır. Qarabağ probleminin sülh yolu ilə həlli üçün bütün addımlar Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illər arasında qəbul edilmiş üçtərəfli Bəyanatlar toplusunda öz əksini tapıb”, - Zaxarova bildirib.
Xəzər
Cebhe.info