Prezident ona yüksək vəzifə verdi

Prezident ona yüksək vəzifə verdi

Prezident İlham Əliyev Zaur Mikayılovla bağlı Sərəncam imzalayıb.

Cebhe.info xəbər verir ki, Sərəncamla Zaur Rauf oğlu Mikayılov yeni yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.

Qeyd edək ki, bu təyinatadək Z. Mikayılov Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri idi. Dövlət başçısının bugünkü fərmanı ilə “Azərsu” ASC və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

Cebhe.info