Bakıda motosiklet sürücüsü qəza törədib

Bakıda motosiklet sürücüsü qəza törədib

Bakının Xətai rayonunda yol qəzası zamanı gənc oğlan sınıq xəsarətləri alıb.

APA xəbər verir ki, hadisə Ağ Şəhər ərazisində baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü Məmmədov Nihad Odtəkin oğlu motosikletə nəzarəti itirirək onu aşırıb. Nəticədə o bədənin müxtəlif nahiyyələrindən sınıq xəsarətləri alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

"Cebheinfo.az"