Gözlənilən hidrometeoroloji hadisə haqqında TƏKRAR XƏBƏRDARLIQ

Gözlənilən hidrometeoroloji hadisə haqqında TƏKRAR XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir.

Aprelin 16-da yağışın aramsız  güclü olacağı ehtimalı yüksəkdir. Prosesin şimşək və güclü küləklə müşayiət olunacağı gözlənilir.Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur. Prosesin aprel ayının 17-dək davam edəcəyi gözlənilir. 

"Cebheinfo.az"