Kürün Yevlaxdan keçən hissəsində meyit tapılıb

Kürün Yevlaxdan keçən hissəsində meyit tapılıb

Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində suyun üzərində 1 nəfər kişi meyiti tapılıb.

Bu barədə "Cebhe.info"ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

"Cebhe.info"