Polis əməkdaşı avtoqəzada həyatını itirdi

Polis əməkdaşı avtoqəzada həyatını itirdi

Noyabrın 15-də Səbail rayonu Salyan şossesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

DİN-in Mətbuat Xidmətindən "Cebheinfo.az"a bildirilib ki, “Daewoo” markalı avtomobil yolu keçən piyada, polis nəfəri Ərtoğrul Həsənlini vurub. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib. 

Faktla bağlı cinayət işi başlanılıb.

"Cebheinfo.az"