Qaz sızdı: Sakinlər qazsız qaldı

Qaz sızdı: Sakinlər qazsız qaldı

Sabunçu rayonu Sabunçu qəsəbəsinin bir sıra küçələrində səhər saatlarından qazın verilməsi dayandırılıb.

"Cebhe.info"-ya bu barədə sakinlər məlumat verib. Məlumata görə, qazın verilməsi saat 10:00-dan sonra dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, buna səbəb ərazidə qaz sızıntısının aşkarlanmasıdır. Məlumata görə, 18:00-a qədər iş yekunlaşacaq.

Naibə
"Cebhe.info"