Qubada 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb

Qubada 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb

Quba rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

APA xəbər verir ki, hadisə rayonun Hacıqayıb kəndində qeydə alınıb. Kənd sakini Azər Kamilov özünə məxsus həyatyanı sahədə ağacları dərmanlayan zaman 4 yaşlı övladı işlək vəziyyətdə olan aparata ilişib və aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

Cebhe.info