Azərbaycan Basketbol Liqası: "Sabah" komandası qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: "Sabah" komandası qələbə qazanıb

Azərbaycan Basketbol Liqasında XV turun daha bir oyunu keçirilib.

Sərhədçi İdman Mərkəzində "Sabah" "Zirvə Astara"nı sınağa çəkib.

Gərgin mübarizə şəraitində keçən matçdan "Sabah" basketbolçuları 75:71 hesablı qələbə ilə ayrılıblar.

Ən məhsuldar basketbolçular paytaxt klubundan Entoni Patti (21 xal, 8 ribaund), bölgə təmsilçisindən isə Cerret Henderson (20 xal, 11 ribaund) olub.

Cebhe.info