İngiltərə Premyer Liqası: "Mançester Siti"dən möhtəşəm geridönüş

İngiltərə Premyer Liqası: "Mançester Siti"dən möhtəşəm geridönüş

İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində baş tutan "Mançester Siti" və "Kristal Pelas" komandalarının qarşılaşması başa çatıb.

"Cebheinfo.az" xəbər verir ki, oyun Mançesterdəki "Etihad" stadionunda keçirilib.

Matç meydan sahiblərinin xeyrinə başa çatıb. "Şəhərlilər" 2 top buraxsalar da, ardıcıl 5 qolla qələbəni təmin ediblər - 5:2.

Bu nəticədən sonra Qvardiolanın yetirmələri 55 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıblar. Onların rəqibi isə 43 xalla 11-cidir.

"Cebheinfo.az"