Kişi voleybolçular arasında üçüncü yer uğrunda mübarizəyə start verilib

Kişi voleybolçular arasında üçüncü yer uğrunda mübarizəyə start verilib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yer uğrunda mübarizəyə start verilib.

"Report"un məlumatına görə, “Neftçi” və “Xilasedici” komandaları bürünc medal üçün ilk oyuna çıxıblar.

“Xilasedici” 3:0 (25:20, 25:22, 25:17) hesabı ilə qələbə qazanıb.

Tərəflər arasındakı ikinci oyunu sabah keçiriləcək.

Qeyd edək ki,reqlamentə görə qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), Qızıl set oynanılacaq.

"Cebheinfo.az"