Fironun varisinin məzarı TAPILDI

Qahirə şəhəri yaxınlığında arxeoloqlar Qədim Misirin 5-ci sülaləsinin ilk hökmdarı Firon Userkafın varisinin məzarını aşkar ediblər.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb.
“Arxeoloji missiya Qədim Misirin 5-ci sülaləsinin ilk hökmdarı Firon Userkafın oğlu Şahzadə Vaser-if-renin məzarını tapıb”, - deyə açıqlamada bildirilir.
Əsas tapıntılardan biri hündürlüyü təxminən beş metrə və eni bir metrdən bir qədər çox olan çəhrayı qranitdən hazırlanmış nəhəng saxta qapı olub. Qeyd edilir ki, qazıntılar zamanı əvvəllər belə ölçülü saxta qapılar aşkar edilməyib. Türbənin içərisində arxeoloqlar firon Coserin, onun həyat yoldaşının və on qızının heykəllərini də tapıblar.
Saqqara Misirin Qahirənin cənubunda yerləşən ən qədim nekropollardan biridir və burada 1-ci fironlar sülaləsinə (e.ə. 31-29-cu əsrlər) aid dəfn yerləri qorunub saxlanılır. Kompleksin əsas hissəsi Misirin ən qədim piramidası olan Djoserin pilləli piramidasıdır.
Xəzər
“Cebheinfo.az”