Tanınmış futbolçu qəzada öldü

Tanınmış futbolçu qəzada öldü

Xorvatiya millisinin sabiq üzvü Nikola Pokrivaç faciəvi şəkildə həlak olub.

"Cebheinfo.az" qafqazinfo- ya istinadən xəbər verir ki, bu barədə Xorvatiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

39 yaşlı yarımmüdafiəçi avtomobil qəzasında dünyasını dəyişib.

Qeyd edək ki, Nikola Pokrivaç Zaqreb “Dinamo”su, “Zalsburq”, “Monako”, “Riyeka”, “Şaxtyor” (Qazaxıstan), “Slaven” kimi klublarda da çıxış edib.

"Cebheinfo.az"