Papa sülh sazişi üçün dua edib

Papa I Fransisk Pasxa bazar günü Müqəddəs Pyotr Bazilikasının lojasında qısa müddət görünüb və mesajla möminlərə müraciət edib.
“Cebheinfo.az” xəbər verir ki, o, uzun müddətdir davam edən gərginliyin təcili barışıq tələb etdiyi Cənubi Qafqazı xatırladıb.
"Xüsusən də, o, Ermənistan və Azərbaycan arasında yekun sülh sazişinin əldə olunması və regionda sülh tapması üçün dua edib", - deyə Vatikanın mətbuat xidməti xəbər verir.
I Fransisk çıxışı zamanı Qəzza zolağı, Suriya, Livandakı xristian icmalarını da xatırladıb, Ukraynadakı müharibə və Afrikadakı münaqişələrə toxunub.
Xəzər
“Cebheinfo.az”