Sumqayıtda yanğın olub - VİDEO

Sumqayıtda yanğın baş verib.
APA xəbər verir ki, hadisə şəhərin Kimyaçılar qəsəbəsində hər biri 500 və 800 kvadrat metr olmaqla 2 ayrı sahədə qeydə alınıb.
Əraziyə FHN-nin DYMX-nin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın fərdi yaşayış evlərinə keçmədən qısa müddət ərzində söndürülüb.
Yanğının səbəbi araşdırılır.
"Cebheinfo.az"