Hindistanda binanın uçması nəticəsində 11 nəfər ölüb

Hindistanda binanın uçması nəticəsində 11 nəfər ölüb

Hindistanın paytaxtı Nyu-Dehlidə binanın uçması nəticəsində 11 nəfər həlak olub, daha 5 nəfər isə xəsarət alıb.

Bu barədə yerli "NDTV" telekanalı məlumat yayıb.

Bildirilir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib, lakin onların vəziyyəti barədə məlumat verilmir.

Qeyd olunur ki, dağıntılar altından daha 11 nəfər sağ olaraq çıxarılıb.

Binanın təhlükəsizlik qaydaları pozularaq tikildiyi bildirilib.

"Cebheinfo.az"