Çin Rusiyadan neft idxalını təxminən 15 % azaldır

Cari ilin birinci rübündə Çin Rusiyadan neft idxalını keçən ilin eyni dövrü ilə müqayisədə 14,7 % azaldaraq 24,315 milyon tona çatdırıb.
Bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.
Üç ay ərzində tədarüklərin dəyəri 13 milyard dollar təşkil edib ki, bu da 2024-cü ilin yanvar-mart aylarının səviyyəsindən 22 % aşağıdır.
Həcmlərin azalmasına baxmayaraq, Rusiya Çinə ən böyük neft tədarükçüsü mövqeyini qoruyub.
Qeyd olunur ki, neft Rusiyadan idxalın ümumi dəyərinin 40 %-dən çoxunu təşkil edir.
Mart ayında tədarüklər 8,85 milyon ton təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 14 % çoxdur. Pul ifadəsində Çin 4,6 milyard dollara neft alıb ki, bu da əvvəlki ayla müqayisədə 9 % çoxdur.
"Cebheinfo.az"