Fərda Xudaverdiyevdən aparıcılara qadağa

Yumor ustası Fərda Xudaverdiyev "Tarixin bir günü" verilişində qonaq olub.
"Cebheinfo.az" xəbər verir ki, o, aktyor Elməddin Cəfərovla aralarındakı gərginliklə bağlı sualı cavablayıb. Fərda bununla bağlı aparıcılara qadağa qoyub:
"Elməddinin konsertində iştirak etməmişdim. Aramızda soyuqluq yaranan dostlarımızla əlaqə saxlamağa çalışdım ki, yeni-yeni efirə ayaq açanlar kimi burada həll etməyək. Aramızdakı bağları qoparmamaq üçün onlara bir-bir zəng vurdum. Allah şahiddir. Bu, yaşanan xatirələr hörmətdir. Dəfələrlə zəng etdim, amma cavab ala bilmədim. Bütün aparıcılardan tələb edirəm, olmadığım məkanlarda həmkarlarıma məndən sual verməyin". (Axşam.az)
"Cebheinfo.az"