Putinin elan etdiyi Pasxa atəşkəsi POZULDU

 Putinin elan etdiyi Pasxa atəşkəsi POZULDU

Rusiya müharibə zonasında bütün qoşun qrupları aprelin 19-u saat 18:00-dan etibarən atəşkəs rejiminə ciddi əməl edib, əvvəllər işğal olunmuş xətlərdə və mövqelərdə qalıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb. 

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində Ukrayna Silahlı Qüvvələri 48 pilotsuz uçan aparatdan, o cümlədən biri Krım ərazisində istifadə edib.

Bundan əlavə, Rusiya Müdafiə Nazirliyinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərinin mövqelərini avtomat və minaatanlardan 444 dəfə atəşə tutub.

Donetsk vilayətinin Suxaya, Balka və Boqatır yaşayış məntəqələri ərazilərində də Rusiya Silahlı Qüvvələrinin mövqelərinə hücum cəhdlərinin dəf edildiyi barədə məlumatlar var.

Ukrayna Prezidenti Vladimir Zelenski bir müddət əvvəl verdiyi açıqlamada Rusiyanın atəşkəs təəssüratı yaratmağa çalışdığını, lakin irəliləmək cəhdlərindən əl çəkmədiyini qeyd edib.

Qeyd edək ki, Pasxa atəşkəsi Rusiya Prezidenti Vladimir Putin tərəfindən elan edilib.

Xəzər
“Cebheinfo.az”