“Qalatasaray” azarkeşlərinə şad xəbər: İkardi sağaldı

Türkiyənin Super Liqa təmsilçisi “Qalatasaray” azarkeşlərini sevindirəcək məlumat yayılıb.
Cebhe.info xəbər verir ki, “Cim-Bom”un dünya ulduzu Mauro İkardinin sağaldığı məlum olub.
Argentinalı futbolçu son 1 ayda iynə ilə matçlara çıxırdı. Onun performansının aşağı düşdüyü və sadəcə 1 qol vura bildiyi diqqətlərdən yayınmamışdı.
Milli komandaların oyunlarına görə liqalara verilən fasilə zamanı da İkardiyə 4 günlük icazə verilmişdi.
Onun artıq zədəsinin tamamilə sağaldığı və iynə vurulmadan meydana çıxa biləcəyi bildirilib.
Qeyd edək ki, Mauro İkardi bu mövsüm İstanbul klubunda meydana çıxdığı 20 matçda 15 qol vurub, 3 məhsuldar ötürmə edib.
Elmir Mustafa
Cebhe.info