Rəşad Sadıqov: “Mənə zəng edib dedilər ki, istefa ver” - VİDEO

Rəşad Sadıqov: “Mənə zəng edib dedilər ki, istefa ver” - VİDEO

“Mənə zəng edib dedilər ki, istefa ver. Mən özüm yığmadan getməmişəm”.

"Cebheinfo.az" xəbər verir ki, bunu “İdman TV”nin “Sportcast” verilişində qonaq olan “Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov deyib. 

O, 2018-ci ildə Azərbaycan U-21 yığmasından ayrılmasından danışıb:

“Mənə zəng edib dedilər ki, istefa ver. Onlardan bunun səbəbini soruşdum. Çünki cəmi 20 gün qabaq oturub danışmışdıq. Qarşıma hədəflər qoyulmuşdu, qrupda ikinci yeri tutmaq istəyirdik. Amma sonra bu cür oldu və səbəbini bilməli idim. Onsuz da orada qalmayacaqdım, çünki istənilməyən yerdə qalmaq kimi fikrim olmayıb heç vaxt.

Sadəcə maraqlı idi ki, niyə istefamı istəyirlər. Səbəblərini soruşanda isə tutarsız şeylər dedilər, müxtəlif söhbətlər oldu. Yəni dediyim kimi, mən özüm ayrılmadım. Ümumiyyətlə, həmin vaxt çox şey etmək olardı. Millidə yaxşı heyət var idi. Amma biz getdik, həmin futbolçular itib batdı.

Yalnız Qurban Qurbanovun rəhbərliyi altında oynayan Elvin Cəfərquliyev, Toral Bayramov, Nəriman Axundzadə, Musa Qurbanlı inkişaf edə bildi. Qalanları isə Musa Qurbanlı inkişaf edə bildi. Qalanları isə yoxa çıxdı. Ən azı 7-8 il itirdik”.

"Cebheinfo.az"