Vanda Naranın yeni sevgilisi “Qalatasaray”ı belə təhqir etdi - FOTOLAR

Vanda Naranın yeni sevgilisi “Qalatasaray”ı belə təhqir etdi - FOTOLAR

“Qalatasaray” klubun hücumçusu Mauro İkardi ilə ayrılan argentinalı model Vanda Naranın qalmaqalları bitmək bilmir.

İndi də Naranın yeni sevgilisi reper L-Qenet İstanbul nəhəngini təhqir edib.

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, daha öncə də dəfələrlə “Qalatasaray”a atmaca atan reper, bu dəfə həddini əməlli-başlı aşıb. L-Qenet qatıldığı verilişdə Mauro İkardiyə “çəyirtkə”, “Qalatasaray”a isə “çəyirtkələr komandası” deyib. 

Reperin bu təhqirinə “sarı-qırmızı”lardan hələlik hansısa cavab gəlməyib. Gənc reper daha öncə canlı yayımlarında “Fənərbaxça” forması geyinərək “Qalatasaray”a atmaca atmışdı.

"Cebheinfo.az"