Bankların kredit portfeli 27 milyardı keçdi

Ölkə üzrə ümumi kredit portfelinin həcmi açıqlanıb.
“Cebheinfo.az” Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat ayında bankların kredit portfeli 1.4 % və ya 374.5 mln. manat artaraq 27,080.5 mln. manat olub.
Qeyd edək ki, oktyabrın birinə olan məlumatda bu rəqəm 26 milyard 706 milyon manat idi. Bu isə o deməkdir ki, son 1 ayda kredit portfelinin həcmi 374.5 milyon artıb.
Vilayət Muxtar
“Cebheinfo.az”