Mərkəzi Bankın dövriyyədəki notlarının həcmi artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının həcmi açıqlanıb.
“Cebhe.info” AMB-yə istinadla xəbər verir ki, dövriyyədəki notlarının həcmi 1 milyard 217 milyon 100 min manat təşkil edib. Bu isə 7.1 milyon manat artım deməkdir.
Qeyd edək ki, cari ilin aprel ayına qədərki dövrdə Mərkəzi Bankın dövriyyədəki notlarının həcmi 1 milyard 210 milyon manat olub.
Mərkəzi Bankın notları 4 istiqamət üzrə 28 günlük (6.84%), 84 günlük (7.42%), 168 günlük (7.02%) və 252 günlük (8.01%) yerləşdirilib.
Vilayət Muxtar
“Cebhe.info”