Rusiya Türkiyənin qaz qovşağı layihəsinin icrasının sürətlənəcəyini gözləyir

Rusiya Türkiyənin qaz qovşağı layihəsinin icrasının sürətlənəcəyini gözləyir

Rusiyanın Energetika Nazirliyi hazırda Türkiyədə qaz qovşağının yaradılması layihəsinin sürətləndirilməsi üçün hər cür şəraitin olduğunu hesab edir.

TASS xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın energetika naziri Nikolay Şulqinov bildirib.

“Müddət (Türkiyədə qaz qovşağının təşkili üçün – red.) hələ müəyyən edilməyib, lakin iş gedir. Düşünürəm ki, indi həmkarlarla birlikdə məsələnin həllini sürətləndirmək üçün hər cür şərait var”, - o deyib.

Cebhe.info