Dünyanın ən bahalı pasportları açıqlandı – SİYAHI

Dünyanın ən güclü pasportları siyahısında 52-ci yeri tutan Türkiyə ən bahalı pasportlar siyahısında birinci yerdədir.
"Cebhe.info" xəbər verir ki, Türkiyədə 10 illik pasportun alınmasının qiyməti hazırda 8 min 623,30 TL-dir. Bu rəqəm 2024-cü il yanvarın 1-nə olan məzənnə ilə 292,4 dollara, bugünkü məzənnə ilə isə 268 dollara uyğun gəlir.
İstər 1 yanvar, istərsə də bugünkü məzənnəyə görə, dünyada 10 illik pasportun ən baha olduğu ölkə Türkiyədir.
Türkiyə pasportu ilə dünyanın 118 ölkəsinə vizasız getmək mümkündür.
"Henley Passport Index" məlumatlarına görə, Meksika dünyanın ən bahalı pasportları siyahısında ikinci yerdədir. 10 illik Meksika pasportunun qiyməti təxminən 234 dollardır.
194 ölkəyə vizasız gediş-gəliş imkanı ilə dünyanın ən güclü pasportları siyahısında ilk sırada yer alan Fransa, Almaniya, İtaliya, İspaniya, Sinqapur və Yaponiyada pasport qiymətləri Türkiyəninkindən çox aşağıdır.
10 illik pasportun qiyməti Fransada 94 dollar, Almaniyada 41 dollar, İtaliyada 126 dollar, İspaniyada 33 dollar, Sinqapurda 53 dollar, Yaponiyada 115 dollardır.
Nigar Hacılı
"Cebhe.info"