Elgizdən iştirakçıya: “Get ustalığını et, ayıbdır”

Elgizdən iştirakçıya: “Get ustalığını et, ayıbdır”

Aparıcı Elgiz Əkbər efirdə iştirakçıya əsəbiləşib.

"Cebheinfo.az" olay-a istinadən xəbər verir ki, buna səbəb “Elgizlə izlə” verilişinə ifaçılıq qabiliyyətini nümayiş etdirmək istəyən iştirakçının çıxışı olub.

Şəkidən Bakıya üz tutan şəxsi dırnaqarası ifası Elgizin xoşuna gəlməyib.

Aparıcının “Sizin başqa sənətiniz var” sualına iştirakçı “Bəli, mən ustayam” cavabını verib.

Onun bu cavabına Elgizin münasibəti belə olub: “Get ustalığını et. Ayıbdır! O boyda qarda-qiyamətdə durub Şəkidən Bakıya gəlmisən belə mahnı oxumağa”.

"Cebheinfo.az"